ASBC 1996-cı ildən bəri bazardadır. Şirkət İT seqmentində avadanlıq və müxtəlif həllər təklif edir, həmçinin onları mövcud ekosistemlərə tətbiq edir. ASBC üç istiqamətdə işləyir: B2B, B2C və e-ticarət. Şirkətin tərəfdaşları arasında Apple, Lenovo, Prestigio, Logitech, Microsoft və başqaları kimi nəhəng istehsalçılar var.
ASBC sizin biznes innovasiyaları üzrə mütəxəssisinizdir.
Biz ən yaxşıların ən yaxşısını axtarırıq. Əgər siz 100 % peşəkarsınızsa, uğurlu satışın əsas sirlərini bilirsinizsə, müştəri etirazlarını asanlıqla aradan qaldırırsınızsa və Apple texnologiyası ilə işləmək istəyirsinizsə, o zaman bu vakansiya sizin üçündür.
B2B üzrə Satış Meneceri
B2B Sales Manager
Şirkət: ASBC MMC Vəzifə: B2B Satış Meneceri
Əsas vəzifə öhdəlikləri: • B2B seqmentində müştərilərin axtarışı və cəlb edilməsi (soyuq zənglər, görüşlər və s.); • Müştərilərin Şirkətin xidmətlərinə olan ehtiyaclarının müəyyən edilməsi; • İş şəraitinin koordinasiyası, kommersiya təkliflərinin formalaşdırılması; • Müştərilərlə telefon danışıqlarının və görüşlərin aparılması; • Əsas tərəfdaşlarla əlaqələrin inkişafı; • Sərgi və konfranslarda iştirak, tərəfdaşlarla danışıqlar; • Daimi planlaşdırma və rəhbərliyə hesabat vermək;
Əsas tələblər: • Korporativ satış sahəsində (B2B olaraq) iş təcrübəsi - ən azı 3 il; • Ali təhsil; • Azərbaycan və rus dillərini mükəmməl bilmək (rus dili mütləqdir); • İngilis dili - üstünlükdür; • Apple və digər İT məhsullarına yüksək maraq və B2B satış sahəsində bacarıqlarını inkişaf etdirmək istəyi; • Satış sahəsində sənəd dövriyyəsi üzrə biliklər (müqavilə, mühasibat sənədləri və s.); • Nəticəyə diqqət, yüksək ünsiyyət bacarığı, işgüzarlıq.
Biz nə təklif edirik?: • İT avadanlıqları bazarında 1 nömrəli brendlə işləmək imkanı; • Mütərəqqi peşəkar inkişaf üçün müxtəlif maraqlı tapşırıqlar; • Özünü sübut etmək imkanı (şirkətin inkişafına, müştəri sədaqətinin artırılmasına və əmək məhsuldarlığının artırılmasına töhfə verən istənilən ideyanı məmnuniyyətlə qəbul edirik); • Yeni detalları öyrənmək və sınamaq, təcrübə qazanmaq və iş portfelinizi genişləndirmək imkanı; • Daxili və xarici təlimlərdə iştirak imkanı; • Fərdi inkişaf proqramlarında iştirak; • Stabil əmək haqqı və gəlirinizə təsir etmək imkanı • Şirkət tərəfindən mobil nömrə; • Tibbi sığorta (ailə üzvlərinə); • Bakının mərkəzində ofis; • Nəqliyyat xərcləri; • Şirkət məhsullarına endirim; • İdman zalı üçün endirim;
İş qrafiki: Bazar ertəsi-Cümə (5 günlük iş qrafiki) Maraqlanan namizədlərdən CV-lərini recruitment@asbc.az elektron ünvanına göndərmələri xahiş olunur. Zəhmət olmasa, e-poçtun mövzu hissəsində vəzifənin adını “B2B SM” qeyd edin.
Apple texnologiyası üzərində işləyin (Mac, iPhone).
Korporativ taksi.
Pulsuz parkinq.
Doğru vakansiyanı tapa bilməmisiniz?
CV-nizi bizə göndərin, sizinlə tezliklə əlaqə saxlayacayıq. recruitment@asbc.az
ASBC | Apple Premium Reseller "Yeni Hayat Plaza" Biznes mərkəzi. Zərifə Əliyeva küç 111, 2-ci mərtəbə, ofis 5. AZ 1010 Bakı, Azərbaycan
"ASBC" Məhdud Məsuliyyətli Cəmiyyət. Şəhadətnamə № 1403779711, verilib 10.08.2017 il. Azərbaycan Respublikası Vergilər Nazirliyi 1403779711 Azərbaycan Respublikası Dövlət reyesterində qeydiyyat tarixi: 08.05.2017