asbc.az internet mağazasının istifadəçiləri bilməlidirlər ki, onların fərdi məlumatları aşağıdakı məqsədlərlə toplanacaq, saxlanılacaq və ya başqa formada işlənəcəkdir:
- İstifadəçilərin sorğusuna uyğun olaraq xidmət göstərilməsi;
- Personal reklam təklif edilməsi;
- İstifadəçilərin dəstək sisteminin təkmilləşdirilməsi;
- Sifarişlərin, xidmətlərin və ya malların təsdiqi, göndərilməsi və ya hesab-fakturaların təqdim edilməsi;
- Sifarişlər, müqavilələr, xidmətlər və alınmış mallarla bağlı yaranmış problemlərin həlli;
- Müəyyən xidmətlərə çıxışın təmin edilməsi;
- Müştərilərlə əlaqə saxlanılması;
- Şirkətin informasiya bazasının formalaşdırılması və statistik hesabatların hazırlanması;
- asbc.az mağazalar şəbəkəsinin sərfəli təklifləri, endirimləri, aksiyaları və şirkət tərəfindən təşkil olunan digər tədbirlər barədə müxtəlif əlaqə kanalları vasitəsilə istifadəçilərin məlumatlandırılması.
Yuxarıda göstərilən məqsədlər üçün istifadəçilərlə əlaqə elektron poçt, telefon zəngi, SMS, messencerlər (WhatsApp, Viber, Telegram), push-bildirişlər və digər uyğun rabitə vasitələri ilə həyata keçirilə bilər.
Bəzi hallarda asbc.az internet mağazası istifadəçilərin IP ünvanlarından (Internet Protocol Address) və digər şəxsi xarakter daşımayan məlumatlardan istifadə edir. Misal üçün, sayta daxilolma vaxtı, sayta hansı məkandan daxil olunduğu, brauzer və əməliyyat sistemi versiyası kimi məlumatlar aşağıdakı məqsədlərlə istifadə olunur:
- Saytın idarə olunması;
- İstifadəçi maraqlarının təhlili və müəyyənləşdirilməsi;
- Demoqrafik statistik məlumatların hazırlanması;
- Saytda naviqasiyanın yaxşılaşdırılması;
- İstifadəçilər üçün ən uyğun və faydalı məlumatların dərc olunması.
Bütün məlumatlar istifadəçilərin məlumatlandırılması və xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə istifadə olunur.